İnformasiya texnologiyaları və telekommunikasiya sahəsində provayder şirkətlərdən biri olan "Kaspian Telekom" Məhdud Məsuliyyətli Cəmiyyəti barəsində cərimə protokolu yazılıb. Qaynarinfo-nun məlumatına görə, şirkət barəsində İnzibati Xətalar Məcəlləsinin 447.0.9-cu (anunvericilikdə nəzərdə tutulan hüquqlarla müqayisədə istehlakçının hüquqlarını məhdudlaşdıran şərtlərin müqaviləyə daxil edilməsi) maddəsi ilə inzibati protokol tərtib olunub.
Protokol baxılması üçün Səbail Rayon Məhkəməsinə göndərilib. İş hakim Azər Tağıyevin icraatına verilib. Protokol təsdiq olunarsa, şirkət 4 min manatdan 6 min manatadək cərimələnə bilər. İşə 26.10.2023-cü il tarixində baxılacaq.