Aktyor Müşviq Şahverdiyev ATV-də yayımlanan "Rəngarəng səhər" proqramına qatılmamasının səbəbini açıqlayıb.
Pravda.az axşam.az-a istinadən bildirir ki, "Xəzər axşamı" verilişinə gələn sənətçi aparıcı Zaur Nəbioğlunun onun haqda dediyi sərt sözlərə belə reaksiya verib:
"Birinci dedim ki, vaxtla bağlı problemim var. Evə vaxtında gedə, özümə zaman ayıra bilmirəm. Elə səviyyədəyik ki, hər addımımıza fikir verməliyik. Bəzi verilişlər olur ki, aparıcısı, qoyduğu sual ürəyimcə olmur. Həmin verilişdə olmaq istəmirəm. Heç kimin ailə həyatına qarışmıram. Adi xəbər oxuyanda belə, kimsə evləndi, ayrıldı üstündən keçirəm. Girib içinə oxuyanda, öz həyatını yaşamırsan. Qardaş, kiminsə həyatını müzakirə etmək olmaz, öz ailənə bax. Mən niyə ailə məsələmi efirdə danışmalıyam? Elə verilişlərdən bu tipli mövzulara görə imtina edirəm. Oradakı aparıcıların məntiqsiz sualına görə getmirəm. Özümə hörmət edirəm.