Sosial şəbəkələrdə 2005-ci ildə Azərbaycanın Xocalı rayonunun Əsgəran qəsəbəsində ermənilərin toplantısını əks etdirən arxiv görüntüləri yayılıb.
Tədbirdə vəziyyətin müsbət yöndə həll olunacağı təqdirdə azərbaycanlılarla dostluğun davam etməsi müzakirə olunur. Amma sakinlər buna etiraz edir, qovulmuş azərbaycanlıların geri qayıtmasını istəmədiklərini deyirlər. Onlardan yalnız biri azərbaycanlılarla dostluğun davam etməsinin tərəfdarı olduğunu bildirir: