Oktyabrın 6-da Lənkəran şəhər Məhkəməsində maraqlı məhkəmə prosesi baş tutub. Publika.az-ın əldə etdiyi məlumata görə, əslən Lənkərandan olan və Rusiya vətəndaşı olmaqla bu ölkənin Tümen vilayətində yaşayan 2 nəfər xüsusi ittiham qaydasında müraciət edərək, 2001-ci il təvəllüdlü, Lənkəran Dövlət Universitetinin tələbəsi Aytac Mənsimovanın (ad-soyadlar şərtidir) Cinayət Məcəlləsinin 148-ci (Təhqir) maddəsi əsasında məsuliyyətə cəlb edilməsini xahiş ediblər. Şikayətçilərdən R.Rəcəbov bildirib ki, Aytac onun keçmiş arvadıdır. Onlar bir neçə il əvvəl ailə quraraq Rusiyaya köçüblər. Sonra Aytac Türkiyədəki qohumugilə qonaq kimi gedib və oradan icazəsiz olaraq Azərbaycana qayıdaraq məhkəməyə boşanmaqla bağlı müraciət edib və rəsmən boşanıblar. Bundan sonra Aytac "TikTok" və "İnstagram" səhifələrində canlı yayım açaraq, keçmiş əri barəsində təhqiramiz ifadələr işlədib, onun fotosunu göstərərək ləyaqətini alçaldan ifadələr işlədib. Bu vidoları xeyli insan izləyib.
Aytac Mənsimova məhkəmədə törətdiyi əməli etiraf edib və peşman olduğunu bildirib: