Ötən ay tarixi anlar yaşadıq. Ordumuz Xankəndidə, Xocavənddə, Xocalıda, Ağdərədə bayrağımızı ucaltdı. Torpaqların azad edilməsindən sonra növbəti sevindirici xəbər isə separatçıların həbsi ilə bağlı oldu.
Bununla belə, azadlıqda hələ də separatçılar var ki, onlardan biri də Qarabağda keçmiş separatçı dəstənin "rəhbərlərindən” olan Xocalı qatili Vitali Balasanyandır.
Amma erməni və bizim bəzi sosial media istifadəçiləri terrorçu Balasanyanla bağlı yazıblar ki, Vitali Azərbaycana pislik etməyib, Allahverdi Bağırovla dostluq edib, xocalıları geri qaytaran da odur.