Birlik və həmrəylik nümayişi olaraq yəhudi icmasının və Azərbaycan xalqının yüzlərlə nümayəndəsi Bakıdakı Dağ Yəhudiləri sinaqoquna gələrək İsraildə 1300-dən çox günahsız dinc sakinin həyatına son qoyan faciəvi HAMAS terror aktına görə başsağlığı vermiş və öz dəstəklərini göstəriblər.
Bu barədə səfirlikdən bildirilib.
Çıxış edənlər qətiyyətli səslə bəşəriyyətə qarşı törədilmiş bu dəhşətli cinayətləri şiddətlə pisləyiblər. Dağ Yəhudiləri İcmasının lideri Milix Yevdayev bildirib: “Bu çətin anlarda biz İsraillə həmrəyik və sülh və insanlıq naminə birgə öhdəliyimizdə qətiyyətliyik”.