Bakı şəhərinin Binəqədi rayonunda yanğın baş verib.

Fövqəladə Hallar Nazirliyindən Pravda.az-a verilən məlumata görə, yanğın zamanı ümumi sahəsi 60 m² olan mağazanın ondulindən ibarət dam örtüyü və lambirindən ibarət tavanı yanıb. Mağazanın qalan hissəsi və bitişik obyektlər yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.