Xəbər verdiyimiz kimi, müğənni Leyla Rəhimova və həyat yoldaşı Zaur Cəlil ayrılıb. Ailə qurduqdan sonra həyat yoldaşı ilə Amerikaya köçən Leyla uzun müddətdir ki, Bakıya qayıdıb. Axşam.az-ın məlumatına görə, "Günaydın, Azərbaycan" proqramına qonaq olan ifaçı ayrılıq səbəblərindən danışıb. Aktrisa Xuraman Əlizadə xəyanətdən danışıb, həyat yoldaşını bağışlamasını deyərkən Leyla "Bu addımı bir dəfə atmışam" cavabını verib.
"Rəsmi boşanma yoxdur. Xəbərin onun tərəfindən yayılması mənə pis təsir etdi. Çoxları nə olduğunu bilmir, artıq-əskik danışırlar. Bizim üç övladımız var, onların xətrinə bu olmamalı idi. Onun paylaşımından sonra barışıq olmasına inanmıram. Hər zaman ailəmi sənətdən öncə tutdum, amma yanlış etmişəm. Azərbaycana gələndə ayrılmamışdım. Valideynlərimi görməyə gəlmişdim. Sonra onun paylaşımını gördüm".