Oktyabrın 16-da 1985-ci il təvəllüdlü Yaqut Həşimovanın qəsdən öldürülməsi barədə Nəsimi Rayon Prokurorluğuna məlumat daxil olub.
Prokurorluqdan Pravda.az-a verilən məlumata görə, araşdırma zamanı 1984-cü il təvəllüdlü Anar Həşimovun Nizami rayonu, Şərifli küçəsində birgə yaşadıqları mənzildə ailə münaqişəsi zəminində aralarında yaranmış mübahisə zamanı arvadı Yaqut Həşimovanı bıçaq xəsarətəri yetirməklə qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.