“Bu gün biz şəhərə çıxanda müğənnilərdən daha çox açıq-saçıq geyinən sadə vətəndaşları görürük. Şəxsən mən özüm şəhərə çıxanda bunu müşahidə edirəm. Havaların soyumasına baxmayaraq, indi də əksəriyyətinin qarnı, beli çöldədir. Müğənnilərin adı çıxıb, camaat küçədə lüt gəzir...”
Bu sözləri Yenisabah.az-a müğənni Günel Ələkbərova (“Pişik” Günel) deyib.
Tez-tez müğənnilərin geyiminə görə cəmiyyət tərəfindən tənqid edilməsi barədə danışan ifaçı bunun ədalətli olmadığını bildirib: “Bu gün biz toy məclislərinə gedəndə də sadə vətəndaşların açıq-saçıq geyinməsinin şahidi oluruq. Elə ailənin öz içində gəlinin bacısı, bəyin yaxın qohumu elə transparan libaslar geyinir ki, hər əzası ortada olur, görünür. Sadəcə müğənnilərin daşı ağırdır. Bu düzgün deyil, hamımız azərbaycanlıyıq, biz özümüz-özümüzə dəyər verməliyik. Hər mövzuda, hər problemdə müğənniləri səbəbkar kimi görüb, suçlayırlar. Bahalaşma olur müğənni günahkardır, boşanmalar artır müğənni səbəbkardır, ehtiyacı olan varsa, müğənni yardım etməlidir. Bizim cəmiyyət müğənniləri qınamağı sevir. Amma həmin şəxslərin heç bir toyu müğənnisiz keçmir. Onlar sadəcə sosial şəbəkələrdəki şərh bölümünə içlərindəki pisliyi “püskürdürlər”.
Onların əksəriyyəti sosial şəbəkələrdə müğənniləri tənqid edir, lakin məclisdə həmin müğənni ilə selfi çəkdirmək üçün min cildə girirlər”.
İfaçının sözlərinə görə, cəmiyyət xarici müğənnilərə yerli sənətçilərdən daha çox dəyər verir: