Oktyabrın 16-da saat 21 radələrində Gədəbəy rayonu Sarıhasanlı kəndində evlərin birindən polis əməkdaşlarına qarşı odlu silahla müqavimət göstərməyə cəhd edən şəxslər saxlanılıblar.
DİN-in mətbuat xidmətindən bildirilib ki, əvvəllər məhkum olunan, Cinayət Məcəlləsinin 177.2.1, 177.2.3-cü (oğurluq) maddələri ilə axtarışda olan Hüseynov Nəsib Qayıb oğlu və onunla birlikdə olan — barəsində 126.1-ci (qəsdən sağlamlığa ağır zərər vurma) maddəsi ilə cinayət icraatı olan 1976-cı il təvəllüdlü Cəfərov Elman Əvəz oğlu, əvvəllər məhkum olunmayan 1967-ci il təvəllüdlü Cəfərov Nəriman Ələsgər oğlu Gədəbəy RPŞ əməkdaşları tərəfindən saxlanılarkən odlu silahla müqavimət göstəriblər.