Məzmuna keç
Pravda.az — xəbər portalı
Siyasət

Dövlət Duması Rusiyanın nüvə sınaqlarını qadağan edən müqavilədən çıxmasını ilk oxunuşda təsdiqlədi

612
Paylaş:
Dövlət Duması Rusiyanın nüvə sınaqlarını qadağan edən müqavilədən çıxmasını ilk oxunuşda təsdiqlədi

Dövlət Duması Rusiyanın nüvə sınaqlarının qadağan olunması ilə bağlı müqavilədən çıxması haqqında qanun layihəsini birinci oxunuşda təsdiqləyib. Müzakirələr zamanı qeyd olunub ki, layihənin qəbulu, yəni müqavilədən çıxmaq Rusiyanın nüvə sınaqları keçirməsinə təsir göstərməyəcək.

Bildirilib ki, müqavilə 2000-ci ildə BMT Baş Assambleyası tərəfindən təsdiq edilib. Onu 178 ölkə ratifikasiya edib, lakin ABŞ hələ etməyib.

“Ona görə də elə bir vəziyyət yaranıb ki, Rusiyanın milli maraqlarına uyğun qərarlar qəbul etmək zərurəti yaranıb”, - Dövlət Dumasında müzakirələr zamanı vurğulanıb./Report

Paylaş:

Ən son xəbərlər