“Prezident cənab İlham Əliyevin Füzuli rayonuna səfəri, insanlarla görüşü və söylədiyi fikirlər, işğaldan azad olan ərazilərdə həyata keçirilən tikinti, bərpa, quruculuq işlərini dəyərləndirmək, həm də beynəlxalq aləmə, təcavüzkar Ermənistana yeni mesajlar vermək baxımından əhəmiyyətlidir. Ölkə rəhbəri bir daha qeyd etdi ki, “Qayıdış uğurla həyata keçirilməlidir. Bizdə bütövlükdə 8 şəhər, 92 kənd və qəsəbə Birinci Qayıdış Planına salınıb. Onların da böyük əksəriyyəti 2026-cı ilin sonuna qədər başa çatacaq”. Nəinki Füzuli rayonunda, işğaldan azad olunmuş bütün ərazilərdə görülən işlərin coğrafiyası çox genişdir. Bu məqsədlə indiyədək 7 milyard manatdan çox vəsait sərf edilib və əlavə vəsaitlərin  ayrılması da nəzərdə tutulub. Büdcə vəsaitlərinin orduya və təhsilə daha çox ayrılmasını xatırladan Prezidentimiz, həm də bildirdi ki, eyni zamanda indi vəsaitin əsas hissəsi Qarabağın bərpasına gedir. Bu təbiidir, çünki bu gün Ağdam, Zəngilan, Laçın, Şuşa və digər yaşayış məntəqələrimiz yenidən qurulur, həmin ərazilərdə insanların yaşam ası, işləməsi, həyatlarını qurması üçün hər cür şərait yaradılır”. 


Bu sözləri Pravda.az-a açıqlamasında Milli Məclisin deputatı Tahir Rzayev deyib. 


“Öz çıxışında ölkə rəhbəri bu barədə dedi: “Bu gün həm Füzulidə, həm də bütün başqa şəhər və kəndlərimizdə həyata  keçirilən layihələr dünya miqyasında şəhərsalma prinsiplərinin yeni qaydalarını təsbit edir və bunu təkcə mən yox, bir çox beynəlxalq ekspertlər qeyd edir”. Azad olunanda bayrağımızı ucaltmaq üçün salamat bir bina tapılmayan Füzulidə indi müasir tipli binalar yan-yanadır və tikinti işləri sürətlə davam etdirilir. Erməni vəhşiliyinin əlamətləri topaq üzərində aradan qaldırılsa da, ancaq insanların qəlbində əbədiləşib, hər gün qövz edir. Çünki erməni təcavüzkarları təkcə torpaqlarımızı işğal edib, şəhər və kəndlərimizi viran qoymab, onlar yüz minlərlə insanın bağrına oğul, ata, bacı, qardaş dağı çəkiblərr. İnsanlarımızı vəhşicəsinə qətlə yetirib, asıb, əsir götürüb, başlarına olmazın müsibətlər  gətiriblər. Hər bir şəhərdə, kənddə şəhid xiyabanlarının salınmasına bais olan bu cəlladlara münasibətdə ölkə rəhbəri bir daha sual edir: ”Axı biz ermənilərə nə etmişik?!  Biz onlarla yanbayan yaşamışdıq, Onlar bizim çörəyimizi yeyiblər, bizim hesabımıza onlar üçün şəhərlər, kəndlər qurulmuşdu, infrastruktur yaradılmışdı”. Prezident Füzulidə olarkən bir neçə önəmli obyektin, iki kəndin, uşaq bağçasının, idman kompleksinin, yeni yaşayış məhəllələrinin, inzibati mərkəzin təməlqoyma mərasimilərində iştirak etdi, insanların fikirlərini, arzularını dinlədi. Artıq Füzulidə 800 nəfərdən çox insan məskunlaşıb və onların sayı ilin sonuna kimi 2 min nəfərə çatacaq. Böyük Qayıdış Proqramının birinci mərhələsinin sonunda - 2026-cı ilin sonunda Füzuli rayonunda  22 min insan  yaşayacaq. Dövlət rəhbərimizin  səfəri, keçirdiyi görüşlər, söylədiyi fikirlər qürurvericidir və  Füzulinin, işğaldan azad olunan bütün  şəhər və kəndlərimizin yenidən qurulmasından, inkişaf edəcəyindən və insanlarımızın xoşbəxt gələcəyindən  xəbər verir. Bu, dostlarımızı, Azərbaycanın  haqq səsinə cavab verib ədalətli mübarizəsini dəstəkləyənləri sevindirdiyi kimi düşmənlərimizi bir daha sarsıdır, onların mənfur niyyətlərini gözündə qoyur və dövlətimizin  uğurlarına yollar açır”. 


Tomris