Son günlər ölkədə rezonans doğuran iki ölüm hadisəsi baş verib. Əvvəlcə müğənni Yaqut Nəriman əri tərəfindən qətlə yetirildi, daha sonra isə tanınmış jurnalist Türkan Məmmədlinin həyat yoldaşı, iş adamı Orxan Məmmədli həyatına son qoydu.
Hər iki hadisə ATV-də yayımlanan “Bizimləsən” verilişində geniş müzakirə olunmaqdadır. Efirə qoşulan ekspertlər müəyyən “sirlər”i açmağa çalışırlar.