Yasamal Rayon Məhkəməsində Xocalı rayonunun Meşəli kəndində soyqırım törətməkdə təqsirləndirilən Vaqif Xaçatryanın açıqlamaları diqqət çəkib. O qeyd edib ki, Meşəli kəndinə hücum edənlər erməni dəstələri olub:
"Mən bu yaşa çatmışam, hələ bir nəfərə əlimi vurmamışam. Mən azərbaycanlılarla yaxın olmuşam. Əlimi qoyub and içə bilərəm. Mən tutulmuşam, burdayam, ona görə mənim adımı çəkirlər. Mən eşşək kimi işləyib ailəmi saxlamışam.