Yekaterinburq polisi bir neçə nəfəri saxlayıb, onların arasında kriminal avtoritet Marsel Həsənov da var.
Pravda.az lent.az-a istinadən bildirir ki, hadisə Proezjaya küçəsində yerləşən "Xəzər" kafesinin yaxınlığında baş verib. Həmin şəxslə "Mercedes" markalı avtomobildə onu müşayiət edənlər olub. Əməliyyat çərçivəsində ümumilikdə 4 nəfər saxlanılıb.
"Onların avtomobilindən "Makarov" tapançasına bənzər bir neçə sənədsiz əşya aşkar edilib", - məlumatda vurğulanır