"Səhhətimdə problem var, əməliyyat olunmuşam". Bunu "Report"a açıqlamasında Azərbaycanın ilk İnsan Hüquqları üzrə müvəkkili (Ombudsman) Elmira Süleymanova bildirib.
O, ölkədə baş verən bütün prosesləri izlədiyini söyləyib: "Xankəndiyə bayrağımızın sancılması sevindiricidir. Hamımızın gözü-qulağı orada idi. Çox şükür! Xalq olaraq, hər zaman o hisslərlə yaşamışıq".