Mərkəzi Bankının İdarə Heyətinin 18 oktyabr 2023-cü il tarixli Qərarı ilə "Muğanbank" ASC-nin lisenziyası ləğv olundu. Pravda.az Ölkə.az-a xəbər verir ki, bunun səbəblərini ölkənin ali bank qurumu izah edib.
"Muğanbank" ASC-nin Prezident Administrasiyasının sabiq rəhbəri Ramiz Mehdiyevin ailə üzvlərinə (Elmir Maqbet oğlu Mehdiyev - 67,74%, Vəfa Əhməd qızı Vəliyevaya - 10,65% və Fəridə Cahandar qızı Mehdiyevaya 10,03%) məxsus olduğu deyilirdi. Daha sonra isə bankın payının böyük hissəsi Odlar Yurdu Universitetinin rektoru, sabiq deputat Əhməd Vəliyevin oğulları - Samir və Munir Vəliyevlərə ötürüldü, Vəliyevlərin Bankdakı payı 10,65%-dən 88,33%-ə, Mehdiyevlərin payı isə 89,35%-dən 11,67%-ə dəyişdi.
Qeyd edək ki, "Muğanbank" ASC bir müddət əvvəl cari ilin üçüncü rübü üzrə maliyyə nəticələrini açıqlamış, zərərlə işlədiyi məlum olmuşdu. Belə ki, bankın sentyabrın 30-na xalis zərəri 1,287 mln manat, yığılmış zərəri 24,938 mln manat olduğu görünür.