Məzmuna keç
Pravda.az — xəbər portalı
Hadisə

Azərbaycan Ordusunun xüsusi təyinatlıları Türkiyədə təlimdə iştirak edir

605
Paylaş:
Azərbaycan Ordusunun xüsusi təyinatlıları Türkiyədə təlimdə iştirak edir

Azərbaycan Ordusunun hərbi qulluqçuları Türkiyə Respublikasının Kayseri şəhərində keçirilən “Erciyes - 2023” təlimində iştirak edirlər.

Müdafiə Nazirliyindən verilən məlumata görə, Azərbaycan Hərbi Dəniz Qüvvələrinin xüsusi təyinatlılarının cəlb olunduğu təlimdə qarşıya qoyulan tapşırıqlar uğurla yerinə yetirilir.

“Erciyes - 2023” təlimində əsas diqqət qarşılıqlı əlaqədə fəaliyyətlər zamanı döyüş uzlaşmasının təmin edilməsi, təcrübə mübadiləsi və peşəkarlığın artırılması, eləcə də hərbi qulluqçuların bilik və bacarıqlarının daha da təkmilləşdirilməsinə yönəldilib.

Paylaş:

Ən son xəbərlər