Cəmiyyətin və Medianın İnkişafı İctimai Birliyinin təşkilatçılığı ilə “Heydər zirvəsi”ə yürüş təşkil edilib.
Pravda.az xəbər verir ki, bu barədə təşkilatdan məlumat verilib.
Bildirilir ki, Cəmiyyətin və Medianın İnkişafı İctimai Birliyi Azərbaycan xalqının Ümummilli Lideri, müstəqil Azərbaycan dövlətinin qurucusu, görkəmli siyasi və dövlət xadimi Heydər Əliyevin anadan olmasının 100 illiyi münasibətilə reallaşdırılan “Heydər Əliyev irsinin gənc nəsil arasında təbliği” adlı layihənin icrasını davam etdirir. Bu günlərdə layihə çərçivəsində nəzərdə tutulan tədbirlərdən biri, “Heydər zirvəsi”nə yürüş baş tutub.
Cəmiyyətin və Medianın İnkişafı İctimai Birliyinin nümayəndləri, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əməkdaşları, tanınmış jurnalistlər, bloqerlər, qazilərin qatıldığı yürüş Fəxri Xiyabanda Ümummilli Lider Heydər Əliyevin məzarının ziyarəti ilə başlayıb. Yürüş iştirakçıları Ulu öndərin məzarı üzərinə gül dəstələri qoyub, əziz xatirəsini ehtiramla anıblar. Sonra görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın məzarı ziyarət olunub. Görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın məzarı üzərinə gül dəstələri qoyulub.