Bu gün xarici işlər naziri Ceyhun Bayramov ABŞ dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisinin müavini Coşua Hakı qəbul edib.
XİN-dən Pravda.az-a verilən xəbərə görə, görüşdə, Azərbaycan və ABŞ arasında əməkdaşlıq məsələləri, habelə post-münaqişə dövründə regional vəziyyət, Azərbaycan və Ermənistan arasında normallaşma prosesinin perspektivləri müzakirə olunub.
Nazir Ceyhun Bayramov hazırda regionda mövcud vəziyyət barədə qarşı tərəfi ətraflı məlumatlandıraraq, Azərbaycan tərəfindən görülən anti-terror tədbirləri nəticəsində 30 illik işğal dövrünün qalıqları və əsas təhdid mənbəyi olan erməni silahlı qüvvələrinin və separatçı rejimin mövcudluğuna son qoyulmasının əhəmiyyətini vurğulayıb.