Məzmuna keç
Pravda.az — xəbər portalı
Siyasət

“Vəziyyət artıq pisləşməyə doğru gedir” – Karantin rejimi ilə bağlı AÇIQLAMA

1 830
Paylaş:
“Vəziyyət artıq pisləşməyə doğru gedir” –    Karantin rejimi ilə bağlı AÇIQLAMA

TƏBİB-in rəsmisi Yaqut Qarayeva deyib ki, insanlar karantinlə bağlı qaydalara əməl etmir, heç kəs maska taxmaq istəmir. Əgər yoluxma halları artsa, hər hansı regionda, yaxud bütövlükdə ölkə ərazisində karantin rejimi sərtləşdirilə bilər.

Milli Strateji Düşüncə Mərkəzinin növbəti onlayn toplantısında bu məsələ müzakirə edilərkən belə bir ümumi rəy oldu ki, insanlar illər ərzində aparılan rəsmi təbliğata inanmadıqlarından əhali arasında pandemiya təhlükəsi də ciddi qarşılanmır.

Bakıda marşrut avtobuslarının mütləq əksəriyyətində sosial məsafənin gözlənilmədiyi, bəzi hallarda isə əməlli başlı basabas olduğu faktdır. Dünən bərbərxanada fasiləsiz öskürməkdə davam edən bərbər, hətta mənim iradımdan sonra da maska taxmadı. Hamı bir-birini inandırmağa çalışır ki, guya bütün bu karonavirus söhbətləri bir uydurmadır, nəsə beynəlxalq səviyyədə qurulmuş bir fırıldaqdır və sair.

Aprelin ilk yarısında Bakıda insanlar həqiqətən karantin tələblərinə ciddi əməl etdi və bu səbəbdən vəziyyət yaxşılığa doğru xeyli dəyişmişdi. Bu günkü rəqəmlər göstərir ki, vəziyyət artıq pisləşməyə doğru gedir. Son günlərdə yol verilən kütləvi məsuliyyətsizliyin acısını virusun inkubasiya dövrü bitəndən sonra yaxın günlərdə daha qabarıq hiss edəcəyik. Allah eləsin, belə olmasın. Amma görünən odur ki, yoluxma halları və müvafiq olaraq ölüm halları artmaqda davam edəcək.

Bunun qarşısını almaq üçün ilk növbədə nəqliyyatdakı problemlər həll edilməlidir. Basabas olan marşrutlara şəxsi avtomobilləri bir manatlıq taksilər qismində cəlb etmək və onları müvəqqəti vergidən azad etmək olar.

Bütün apteklərdə və marketlərdə maskaların maneəsiz satışı təmin edilməlidir. Maskaların qiyməti isə indiki 30 qəpidən, pandemiyadan əvvəlki 5 qəpiyə salınmalıdır. Əgər maskanın maya dəyəri bundan artıqdırsa, həmin hissə dövlət büdcəsindən istehlakçıya ödənilə bilər.

Məncə, nəqliyyatda qoruyucu maska taxmayanlara da cərimə tətbiq edilməlidir. Çox yox, 5 manat kifayətdir. Təsiri olacaq. "Qılınc müsəlman" söhbəti...

Vaqif Hacıbəyli

Siyasətçi

Paylaş:

Ən son xəbərlər