Məzmuna keç
Pravda.az — xəbər portalı
Hadisə

Tovuzda 26 yaşlı oğlan özünü güllələdi - YENİLƏNDİ

741
Paylaş:
Tovuzda 26 yaşlı oğlan özünü güllələdi -    YENİLƏNDİ

Tovuz rayonu Böyük Qışlaq kənd sakini, 1997-ci il təvəllüdlü Turan Rüstəmovun oktyabrın 20-də həmkəndliləri ilə ovda olarkən əlindəki ov tüfəngindən ehtiyatsızlıqdan atəş açılması nəticəsində xəsarət alması faktı ilə bağlı Tovuz rayon prokurorluğunda araşdırma aparılır.

Bu barədə Baş Prokurorluğun Mətbuat xidmətindən bildirilib.

***

12:16

Tovuz sakini güllələnib.

Hadisə rayonun Muncuqlu kəndində qeydə alınıb. Kənd sakini, 1997-ci il təvəllüdlü Turan Rüstəmov aldığı güllə yarasından ölüb.

İlkin məlumatına görə, hadisə silahla ehtiyatsız davranma nəticəsində baş verib.

Hadisə yerinə polis əməkdaşları cəlb olunub.

Turan Rüstəmovun əmisi APA-ya bildirib ki, qardaşı oğlu dostları ilə meşəyə ova gedib. O, ovda silahla ehtiyatsız davaranıb, açdığı atəş özünə, ürək nahiyəsinə dəyib.

Paylaş:

Ən son xəbərlər