Milli Məclisin sədri Sahibə Qafarovaya yeni köməkçi təyin edilib.
Aynur Nurəhmədovaya yüksək vəzifə verildi
Pravda.az-ın xəbərinə görə, Aynur Nurəhmədova spikerin köməkçisi vəzifəsinə gətirilib.
Qeyd edək ki, A.Nurəhmədova bundan əvvəl parlamentin Beynəlxalq münasibətlər şöbəsinin Parlamentlərarası əməkdaşlıq sektorunun müdiri vəzifəsində çalışıb. O, "Dövlət qulluğunda fərqlənməyə görə" medalı ilə təltif edilib. İxtisasca hüquqşünasdır.