Müğənni Fədayə Laçın uzun müddətdən sonra Azərbaycana gəlib.
Pravda.az bizim media-ya istinadla xəbər verir ki, bu haqda sənətçi hava limanında açdığı canlı yayım zamanı bildirib.
Fədayə Vətənə gəlməsini Oğuzda toy mərasiminə dəvət əlaqələndirib:
"Hazırda hava limanındayam. Azərbaycana gəlirəm. Üç gün Vətəndə olacağam. Gəlməyimin səbəbi isə Oğuz rayonunun Muxas kəndində keçirilən toyla əlaqədardır. Məclisdə çıxış edəcəyəm. Çox güman ki, axşam saatlarında başlayan toy səhərə kimi davam edəcək. Bu isə o deməkdir ki, səhərə qədər oxuyacağam və çox yoruğun olacağam. Oktyabrın 24-də isə Moskvaya geri qayıdacağam".
Müğənni bildirib ki, toydan sonra Bakıya gəlib bir neçə televiziya proqramlarına çəkiləcək və verilişlərdə qonaq olacaq.
Fədayə həmçinin bu aylar ərzində 10 kiloqram çəki aldığını vurğulayıb:
.jpg)
.jpg)