Niderland Krallığında səfərdə olan Azərbaycan nümayəndə heyəti Haaqa şəhərindəki Xocalı abidəsini ziyarət edib.
Pravda.az xəbər verir ki, Türkdilli Xalqların Əməkdaşlıq Mərkəzinin (ATXƏM) və Hollandiya Azərbaycan-Türk Kültür Dərnəyinin təşkilatçılığı ilə baş tutan anım mərasimində ATXƏM sədri İlham İsmayılov, millət vəkili, Qərbi Azərbaycan İcmasının rəhbəri Əziz Ələkbərli, millət vəkili, Qərbi Azərbaycan icmasının sədr müavini Hikmət Məmmədov, Niderlanddakı Azərbaycan diaspor təşkilatı olan Niderland Azərbaycan-Türk Mədəniyyət Dərnəyinin sədri İlhan Aşkın, Benelüks Azərbaycanlıları Konqresinin sədri Elsevər Məmmədov, Belçika Gent Türk Ocaqlarının Fəxri Sədri Recep Tuncer Sarı, Azərbaycan Belçika Dostluq Cəmiyyətinin sədri Ayhan Dəmirçi, “Vətəndaşların Sosial Rifahı Naminə” İctimai Birliyinin sədri İradə Rzazadə, ATXƏM-in icra katibi, “Birlik” jurnalının baş redaktoru İlqar İlkin və Demokrat.az xəbər portalının rəhbəri Vasif Həsənli və yerli ictimaiyyətin nümayəndələri iştirak ediblər.
Mərasim iştirakçıları Xocalı abidəsinin önünə gələrək, soyqırımı qurbanlarının xatirəsini ehtiramla yad ediblər.
Daha sonra çıxış edənlər Xocalı soyqırımı məsələsində ədalətə nail olmaq naminə “iki dövlət, bir millət”in diasporunun var gücü ilə çalışdığının önəmini vurğulayıb, bu birliyin nəticəsində artıq Xocalı qurbanlarının qisasının alındığını deyiblər.
Mərasim iştirakçıları qalib Azərbaycan dövlətinin Xocalı soyqırımını törədənlərin hər birinin ədalət qarşısına çıxarılmasına nail olacağına əminlik ifadə edib.















