Məzmuna keç
Pravda.az — xəbər portalı
Cəmiyyət

Nazilə Səfərlinin başına iş gəldi: “Vayına oturum, kül bunun başına!” - VİDEO

1 083
Paylaş:
Nazilə Səfərlinin başına iş gəldi: “Vayına oturum, kül bunun başına!” -       VİDEO

Tanınmış şairə, aparıcı Nazilə Səfərlinin başına iş gəlib. Evində istirahət etmək üçün divanda uzanan şairə qəflətən qorxulu anlar yaşayıb. Belə ki, başını qaldıran Səfərli divanda siçanın olduğunu görüb.

Həmin anları çəkərək izləyiciləri ilə bölüşən şairə bilmədən siçanı öldürdüyünü deyib:

“Mən bayaqdan başımı sənin üstünə qoyub uzanmışam? Başımın ağırlığından ölmüsən? Sənin vayına oturum! İyrəndim, ay camaat. Mənim başıma gələnə baxın. Guya gəlib uzanmışdım ki, yorğunluğum çıxsın mənin günümə baxın. Bir də başımı qaldırıram ki, burda uzanıbmış, mən də bunu boğmuşam. Kül bunum başına. Bəlkə də özünü ölülüyə vurub. Bunu necə çölə çıxaracağam?”/Yenisabah.az

Paylaş:

Ən son xəbərlər