Xırdalan şəhərində 1965-ci il təvəllüdlü Həmid oğlu Samiri (adlar şərti verilib - red.) qətlə yetirib.
Pravda.az teleqraf.com-a istinadən bildirir ki, Həmid qızı Sevilin başqa şəxslə uzun illər ər-arvad münasibətində olmasına baxmayaraq əslən Beyləqan rayonundan olan hərbi qulluqçu Vasiflə yaxın münasibət saxlamasından, qızının sonuncuya ailə qurmaq niyyəti ilə qoşularaq getməsindən xəbər tutub.
Həmid qızını Beyləqan rayonundan geri qaytarmasına baxmayaraq qızının yenidən Vasifə qoşularaq qaçmasına əngəl olmaq üçün oğlunun lazımi səy göstərməməsi qənaətinə gəlib.
19 iyun 2022-ci il saat 22 radələrində yüngül dərəcəli sərxoş vəziyyətində evə gəlmiş oğlu ilə bu zəmində mübahisə edən zaman anası və arvadı ona tərəfkeşlik edib.
Həmid oğlu Samiri öldürmək qərarına gəlib. Mətbəxdən bıçaq götürüb və yataq otağına getmək istəyən Samirin əvvəlcə kürəyinə bir, ona tərəf dönən oğlunun boyun nahiyəsinə daha bir xəsarət yetirib. Samir aldığı xəsarətlərdən vəfat edib.
İstintaq orqanı tərəfindən Həmidin barəsində Cinayət Məcəlləsinin 120.2.4-cü (xüsusi amansızlıqla və ya təhlükəli üsualla adam öldürmə) maddəsi ilə ittiham elan edilib.
Cinayət işi üzrə təqsirləndirilən şəxs qismində ifadə verən Həmid ittiham üzrə özünü təqsirli bilib. O bildirib ki, qızı Sevilin ailəsi ilə problemləri olub: "Qızım Sadiqlə evli olub. Daha sonra rəfiqələrindən birinə aldanaraq Beyləqana getdi. Onu Beyləqandan yaşadığımız evə geri gətirdidilər. Evdə Samirədən qızımın harada olduğunu soruşdum. Gəlin qızımın yenindən evdən getdiyini, oğlum Samirin onu yola saldığını bildirdi".
Təqsirləndirilən şəxs qeyd edib ki, oğlu Samirə zəng edib, bacısını evdən göndərməyinin yanlış hərəkət olduğunu, ailənin adına ləkə gətirdiyini deyib:
"Telefonda oğlumla mübahisə etdim. Telefon danışığından mənimlə Samirdən başqa heç kimin məlumatı olmayıb. Samir qızımın əri Sadiq və qardaşının axşam bizə gələcəyini bildirdi. Bir qədər sonra oğlum yenidən zəng edərək yalan danışdığını, Sadiqgilin axşam gəlməyəcəyini dedi, mənə öz bildiyini etməyə imkan vermədiyimə görə tənqid etdi. Oğlumla telefonda mübahisə etdikdən sonra evə gəldim.
Axşam saat 21.20-də Samir evə sərxoş halda gəldi. Heç ayaq üstdə belə dayana bilmirdi. Əyləşdikdən sonra mənə qarşı nalayiq təhqiramiz ifadə işlətdi. Mən də ona həddini aşmamasını söylədim".
Həmidin sözlərinə görə, Samir bayırda olarkən dörd nəfər şəxs tərəfindən döyüldüyünü, mobil telefon aparatının da əlindən alındığını deyib: "Ona inanmadım. Avtomobilimin açarlarını götürərək arvadımla birlikdə alışqanın işığında avtomobilin içərisini axtarmağa başladıq. Lakin telefon aparatını avtomobildə tapa bilmədik.
Samir mənim telefonumdan öz mobil nömrəsini yığdı. Nömrəyə zəng çatmadı. Samir əsəbiləşərək anasına doğru yaxınlaşdı və anasını vurdu. Beləcə ara qarışdı".
Təqsirləndirilən şəxs qeyd edib ki, istintaq zamanı da ifadəsində bıçağı divandan tulladığını və Samirə dəydiyini bildirib: "Əsəbi olduğumdan bıçağı divandan Samirə doğru atdım. Əgər oğlumu bıçaqla qəsdən vursaydım, özüm hüquq mühafizə orqanlarına müraciət etməzdim.