“Bu insanlar dövlətə dədə malı baxıblar. Belə insanların özləri, qohumları ölkəni bu günə salıblar. Mən bir neçə il əvvəl bunu deyəndə, irad tuturdular ki, belə şeylər yoxdur. Aylıq maaşları 1200-1300 manatdır. Bəs o zaman bu qədər villalar haradandır? Azərbaycanın dövlət büdcəsini bunlar dağıdıblar”.
Pravda.az-ın xəbərinə görə, bunu Müasir Müsavat Partiyasının sədri Hafiz Hacıyev İmişli Rayon İcra Hakimiyyətinin başçısı Vilyam Hacıyevin saxlanılmasına münasibət bildirərkən deyib.