Məzmuna keç
Pravda.az — xəbər portalı
Hadisə

Qubada marşrut avtobusu qəzaya düşüb, yeddi nəfər yaralanıb

703
Paylaş:
Qubada marşrut avtobusu qəzaya düşüb, yeddi nəfər yaralanıb

Qubada mikroavtobusla minik avtomobili toqquşub, xəsarət alanlar var.

Hadisə Quba-Xaçmaz avtomobil yolunun Zərdabi qəsəbəsindən keçən hissəsində qeydə alınıb.

Belə ki, "Quba-Zərdabi" marşrutu üzrə işləyən “Mercedes” markalı mikroavtobusla “VAZ-2106” markalı minik avtomobili toqquşub.

İlkin məlumata görə, hadisə nəticəsində 7 nəfər müxtəlif dərəcəli xəsarətlər alıblar.

Yaralılar Quba Mərkəzi rayon Xəstəxanasına yerləşdiriliblər.

Qəzanın səbəbləri araşdırılır./Report

Paylaş:

Ən son xəbərlər