“Estetik Kosmetologiya Mütəxəssisləri” İctimai Birliyinin sədri Rəna Soltanova yeni layihə həyata keçirir. Tam təmannasız nəzərdə tutulan layihə çərçivəsində qazi, şəhid ailələri və sağlamlıq imkanları məhdud qadınlar kosmetologiyanın bütün dərinliklərini öyrənərək yeni peşəyə sahib olmaq imkanları qazanacaqlar.
Elə bu münasibətlə Rəna xanımla həmsöhbət olduq.
Ednews “Estetik Kosmetologiya Mütəxəssisləri” İctimai Birliyinin sədri Rəna Soltanova ilə müsahibəni təqdim edir:
– Həyata keçirdiyiniz layihə barəsində məlumat verərdiniz.
– Bizim QHT “Estetik Kosmetologiya Mütəxəssisləri” İctimai Birliyi adlanır. Layihəmiz iki həftədir ki, başlayıb. Üç ildi fəaliyyətə başlayıb. Biz bu layihəni çoxdan fikirləşirdik. Bu il həyata keçirmək qismət oldu. Layihənin məqsədi qadınların öz ayaqları üzərində dayanmağıdır. 10 ildir ki, klinika açmışam. Bu müddətdə bir çox qadına dəstək olmuşam. Amma bu heç vaxt layihə şəklində olmayıb. Yəni, sırf qazi, şəhid ailələri üçün olmayıb. Yanımda öyrətmişəm xanımlara. Qalan qalıb yanımda işləyib, gedən də başqa yerdə işini davam etdirib. Qərara gəldik ki, tam təmannasız xanımlara praktik dərslər keçirək. 13 qadından ibarət olan qrupumuzun içərisində 2 nəfər həkim var. Digərlərinin peşəsi həkim deyil. Kosmetalogiyanın digər növlərini öyrənəcklər.
– Bu ödənişsiz olacaq?
– Bəli.
– Sonra işlə təmin olunacaqlar?
– Kömək edəcəm. Tanışlarım da var ki, bu işdə onların da dəstəyini görəcəm. Ümumiyyətlə, savadlı kadrlara həmişə ehtiyac var. Mən yardım etməsəm də onlar iş tapacaqlar. Amma əvvəldən özümə söz vermişəm ki, xanımlarımıza iş tapmalarında yardımçı olacam.
– Bu layihə nə qədər davam edəcək?