Üzərində Azərbaycan gerbi olan qəpiklər nominalından baha qiymətə satışa çıxarılır.
Bəs bu dəmir sikkələrin şişirdilmiş qiymətə qara bazara çıxarılmasına səbəb nədir? Sözügedən nominal pul vahidi digər qəpiklərdən nə ilə fərqlənir?
Məsələ ilə bağlı özlərini “qəpik satıcıları” kimi tanınan şəxslər bildiriblər ki, guya həmin qəpiklər ölkədə məhdud saydadır. Bu səbəbdən baha qiymətə satılır.