Məzmuna keç
Pravda.az — xəbər portalı
Siyasət

Həcc ziyarəti ilə bağlı MÜHÜM AÇIQLAMA

1 307
Paylaş:
Həcc ziyarəti ilə bağlı     MÜHÜM AÇIQLAMA

“Həcc ziyarəti Səudiyyə Ərəbistanının qərarından asılı olacaq".

Pravda.az-ın xəbərinə görə, bunu Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı deyib.

“Səudiyyə Ərəbistanı yaranmış vəziyyətlə əlaqədar karantin rejimi tətbiq edib. Hazırda müqəddəs Məkkədə ayinlər dayandırılıb. Təkcə müsəlman aləmində yox, katolik, pravoslav mərkəzlərində, bütün müqəddəs ziyarətgahlarda, məbədlərdə ayinlər icra olunmur. Azərbaycan və bir sıra müsəlman ölkələrində məscidlərdə insanların toplu halda ibadəti də dayandırılıb. Yəni bu, zərurətdən irəli gəlib. Qafqaz Müsəlmanları İdarəsinin açıqlamasında da qeyd olunduğu kimi, Həcc ziyarəti ilə bağlı məsələ Səudiyyə Ərəbistanın Həcc nazirliyi tərəfindən qəbul ediləcək qərardan asılıdır” – M.Qurbanlı qeyd edib.

Paylaş:

Ən son xəbərlər