"Həbsxanada ağlamaq istəyəndə mahnı oxuyurdum. Özüm ağlamırdım, amma oradakıların təzyiqi qalxırdı. Dayanırdım, oxumurdum. Deyirdim ki, onlara nəsə olar və məni yenidən həbs edərlər. Bir də ən çox Ay görmək üçün darıxırdım. Gecə gözləyirdim balaca pəncərədən ki, Ay fırlanıb keçəndə görüm. Allah mənə böyük güc verdi".
Pravda.az Axşam-a istinadla xəbər verir ki, bu sözləri müğənni Fədayə Laçın "Günə son" proqramında deyib.