25 oktyabr 2023-cü il tarixində xarici işlər naziri Ceyhun Bayramov ABŞ-ın “Caspian Policy Center” beyin mərkəzinin idarə heyətinin sədri Əfqan Niftinin rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib.
XİN-dən verilən məlumata görə, görüş zamanı, ikitərəfli Azərbaycan-ABŞ münasibətlərinin cari vəziyyəti, bölgədə tranzit, nəqliyyat və enerji sahəsində əməkdaşlıq məsələləri, Azərbaycan-Ermənistan sülh prosesinin perspektivləri və regional məsələlər müzakirə edilib.
Görüş zamanı nazir Ceyhun Bayramov ölkəmizin erməni silahlı qüvvələrinə və ərazimizdəki qondarma rejimə qarşı həyata keçirdiyi lokal xarakterli antiterror əməliyyatlarını şərtləndirən amillər, o cümlədən, Ermənistanın son dövrlər Azərbaycana qarşı törətdiyi təxribatlar və ərazilərimizdə qeyri-qanunierməni silahlı qüvvələrinin yaratdığı təhdidlər barədə qarşı tərəfə məlumat verib və yüksək dəqiqliklə aparılan antiterror tədbirləri zamanı mülki şəxslərin hədəf alınmadığını bildirib.
Azərbaycanın Qarabağ bölgəsinin yerli erməni sakinlərinin reinteqrasiyası istiqamətində müvafiq işlər aparıldığı və bu məqsədlə elektron portal yaradıldığı diqqətə çatdırılıb.