"Oğlum Mənanın 3 ay əvvəl ardıcıl olaraq 1 ay fasilə ilə "sudurqa"sı (epileptik tutma - red.) oldu. Bu hal o, yuxuda olanda baş verir. Sonra onu müayinələrdən keçirtdik, başını "MRT" (Maqnit Rezonans Tomoqrafiya - red.) elətdirdik. Nəticədə bəlli oldu ki, Mənanın başında xoş xasisəli 2 sm. öçüsündə meningioma (Ən çox rast gəlinən xoş xassəli baş beyin şişləri olub, beynin üzərini örtən qoruyucu təbəqə olan meninks - beyin örtüyündən əmələ gəlir - red.) var".
Milli.Az bizim media-ya istinadla xəbər verir ki, bu sözləri müğənni Mənanın atası meyxanaçı Namiq Məna qonaq olduğu "Bizimləsən" ictimai-sosial proqramında deyib.