Məzmuna keç
Pravda.az — xəbər portalı
Hadisə

Tərtərdə traktorçu minaya düşdü, qolu amputasiya olundu

662
Paylaş:
Tərtərdə traktorçu minaya düşdü, qolu amputasiya olundu

Oktyabrın 26-da səhər saatlarında Tərtər rayonu Talış kəndi ərazisində əkin təsərrüfatında çalışan traktorçu 1970-ci il təvəllüdlü Nurəliyev Elçin Xanbaba oğlunun minaya düşməsi barədə polisə məlumat daxil olub.


DİN-in mətbuat xidmətinin regional qrupundan Pravda.az-a bildirilib ki, vətəndaş ərazidən çıxarılaraq xəstəxanaya çatdırılıb. Aldığı xəsarətlər nəticəsində onun bir qolu amputasiya edilib.
 

Hadisə əkin sahəsində iş prosesi vaxtı baş verib.


Araşdırma aparılır.

Paylaş:

Ən son xəbərlər