Ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyinin (MTN) keçmiş idarə rəisi Akif Çovdarovun oğlu Ruslanın Azərbaycandan çıxışı məhdudlaşdırıla bilər.
Pravda.az-ın İqtisadiyyat.az-a istinadən məlumatına görə, bununla bağlı Bakı Kommersiya Məhkəməsinə müraciət olunub.
Belə ki, Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi Ruslan Akif oğlu Çovdarovun vergi borcuna görə məhkəməyə ərizə ilə müraciət edərək onun Azərbaycandan çıxışına "stop" qoyulmasını xahiş edib.