Xəstəliyi yenidən baş qaldıran Əməkdar artist Gülbahar Şükürlünün vəziyyəti yaxşıdır. Bu barədə Oxu.Az-a tanınmış qarmon ifaçısının özü məlumat verib.
“Allaha min şükür ki, yaxşıyam. Maraqlandığınız üçün təşəkkür edirəm. Maqnit Rezonans Tomoqrafiya (MRT)-nin cavablarını aldıq. Hər şey qaydasındadır, salamatlıqdır”.