Xəbər verdiyimiz kimi, bir vaxtlar şou-biznesdə Təhminə (Toma) adı ilə məşhurlaşan model və iş xanımı Rövşanə Kərimovanın anası qızının narkotik aludəçisi olduğunu açıqlayıb.
Pravda az axşam.az-a istinadən bildirir ki, aparıcı Elgiz Əkbər proqramına qatılan qadına kömək üçün Təhminəni tapıb efirə gətirib. O, Təhminəni reabilitasiya mərkəzinə yollayaraq, sağalmasına çalışıb. Elgiz "Elgizlə izlə" verilişində bildirib ki, Təhminə onu aldadaraq pul alıb və qaçıb:
"İngilis həyat yoldaşı uşağı üçün ona pul göndərir, amma o, başqa yerə xərcləyir. Sonuncu dəfə ona 250 min manat pul göndərib. Hər ay isə 3 min manat göndərir ki, uşağa xərcləsin.