Kris Braunun prodüseri Abraham Diau, reperin Londonda gecə klubunda onun başına tekila şüşəsi ilə vurduğunu və huşunu itirmiş halda onu döydüyünü açıqlayıb. OLAY yazır ki, hadisə fevralın 19-da baş verib. Bu hadisədən sonra o, xəstəxanaya yerləşdirilib və reabilitasiya uzun aylar çəkib.
Diau reperi məhkəməyə verib. Prodüser bildirib ki, o, Braunu təxminən on ildir tanıyır və onu qucaqlamağa gəldiyini düşünüb.