Azərbaycan və Türkiyə silahlı qüvvələrinin keçirdiyi hərbi təlimlərlə bağlı Ermənistanda növbəti "həyəcanverici şousu" başlayıb.
Pravda.az Axar.az-a istinadən bildirir ki, bu dəfə rusiyalı ekspert və iranşünas kimi təqdim edilən erməni əsilli Karine Gevorkyana istinad edilib.
O bildirib ki, bütün Cənubi Qafqaz regionunda hərbi texnika və canlı qüvvənin cəmləşməsi müşahidə edilir - xüsusilə Ermənistan ətrafında:
"Mənim üçün bu, birmənalı olaraq hərbi fəaliyyətin qaçılmazlığına dəlalət edir. O, vaxtaşırı olaraq dayanacaq, müxtəlif intensivlikdə olacaq. Bütün bunların təşəbbüskarları - Türkiyə və Azərbaycan müxtəlif tərəflərin reaksiyasından ehtiyat edir və son dərəcə ağıllı, lakin tədrici addımlar atırlar. Bu tendensiya artıq geridönməzdir, çünki bu miqyasda hərbi texnikanın və canlı qüvvənin hərəkəti elə-belə olmur. Bunun üçün resurs xərclənib, bu o deməkdir ki, Azərbaycan və Türkiyə bu yoldan dönməyəcək"