"Əslində, İbrahim Borçalı ilə toya getdik. Sonra başqa bir toy dəvəti gəldi. Qaldım, toylara getdim. Sonra da pandemiya başladı, qayıda bilmədim. 2 ay sonra Rusiyada toy başladı, Azərbaycanda isə olmurdu. Ona görə də qaldım Rusiyada və 4 ildirdən çoxdur oradayam".
Pravda.az Axşam.az-a istinadla xəbər verir ki, bu sözləri müğənni Fədayə Laçın "Həmin Zaur" proqramında deyib.
İfaçı uzun müddət Rusiyada yaşamasının səbəbini açıqlayıb.