Koronavirus pandemiyası ilə əlaqədar tətbiq edilən karantin rejimi zamanı Rusiyadakı həmvətənlilərimizə yardım aksiyası ilə son zamanlar adından söz etdirən müğənni Rəqsanə İsmayılovadan xəbər var.
Rəqsanənin köməkçisi koronavirusdan öldü
Pravda.az xəbər verir ki, prodüser-aparıcı Tarix Əliyev (Tolik) müğənninin Rusiyada həyata keçirdiyi yardım aksiyasında köməkçilərindən olan azərbaycanlı qadının öldüyünü bildirib.
Prodüserin sözlərinə görə, qadın 3 gün idi ki, şimal qonşumuzda xəstəxanalardan birində pandemiyadan müalicə alırdı.Milli.az