Sumqayıtın Corat qəsəbəsində baş vermiş hadisənin motivi ilə bağlı daha bir iddia ortaya çıxıb. Belə ki, “Trend”in məlumatına görə, ailə yaxınlarından bildirilib ki, qohumlardan biri, İsveçrədə yaşayan Anar Fərəcov yüksək məbləğdə pul göndərib.
Sumqayıtda iki nəfərin qətli ilə nəticələnən silahlı basqının səbəbi nə olub?
Ailənin bildirdiyinə görə, hadisədən sonra pul evdə tapılmayıb.
Hadisənin tamah məqsədi ilə törədildiyi ehtimal edilir.