Əməkdar artist Elza Seyidcahan meyxanaçı Vüqar Əbdülovu polisə "verib".
Pravda.az bizim.media-ya istinadən bildriir ki, bu haqda sənətçi qonaq olduğu "Xəbərin var?" verilişində məlumat verib.
Sənətçi bildirib ki, söz xiridarını polisə versə də, onu sonradan bağışlayıb:
"Mən Vüqara meyxanaçı yox, "keyxanaçı" deyirəm. O, mənim üçün "keyxanaçı"dır. O və onun ətrafında olanlar "Meyxəbər" adlı verilişləri baxılsın deyə, məni və sənətimi məsxərəyə qoyurdular. Mən Vüqarı polisə şikayət elədim. Amm mən çox peşmanam, gərək təkcə Vüqarı yox, onunla veriliş aparan digər şəxsləri də verərdim polisə. Əgər onlar sənətə çılpaq kimi baxıb, görürlərsə o onların şəxsi işləridir. Mən yazmışam ki, "Qazanım daşdı, kəfini yedim".
Vüqar isə deyir ki, "Qazanı aşdım, kəfini yedim". Yekə kişisən, saçın-saqqalın ağarıb, səninlə çörək kəsmişəm, evimə gəlmisən, mən də sizin evinizə gəlmişəm Səndə mənə qarşı kiçik də olsa hörmətin olsaydı, haqqımda belə sözlər danışıb məni sosial şəbəkələrdə təhqir etməzdin.