Sumqayıtda evə silahlı basqın nəticəsində 2 nəfərin qətlə yetirilib, 4 nəfərin isə müxtəlif dərəcəli xəsarətlər alması barədə məlumat vermişdik.
Pravda.az xəbər verir ki, day.az hücum zamanı qətlə yetirilənlərdən ailənin qızı Suzana Karakaşın fotosunu əldə edib.
Qeyd edək ki, okytabrın 28-də Sumqayıt şəhərinin Corat bağları yaşayış massivində yerləşən fərdi yaşayış evlərindən birində odlu silahdan açılan atəş nəticəsində 2 nəfərin ölümü və 4 nəfərin xəsarət alması ilə nəticələnən cinayət hadisəsini törədən şəxs polis əməkdaşları tərəfindən müəyyən olunub.
