"Mən 6-cı sinfə qədər təhsil ala bildim. 15 yaşında isə ailə qurmuşam. Atamın qohumu idi deyə, ona görə də o, bu evliliyə razılıq verdi. Bir sözlə atamın təqidi ilə ailə həyatı qurdum. 7 il ailəli oldum. Gözümü açıb, yumdum ilk övladım dünyaya gəldi. 17 yaşda ana oldum. Onun arxasıyca daha bir övladım oldu. Əslində demək olar ki, həyatımı onlara sərf etdim".
Pravda.az bizim.media-ya istinadən bildriir ki, bu barədə müğənni Nəfəs qonaq olduğu "Xəzər axşamı" verilişində danışıb.
15 yaşında ailə qurduğunu söyləyən sənətçi evlilik həyatından söz açıb:
"Atam həyatda olsaydı, bunları mənə etdiyinə görə, yəgin ki, onunla söhbət edərdim. Nikahım da olmadı. Artıq toyum olandan sonra qərar güvvəyə mindi (erkən evliliyi nəzərdə tutur - red.). Onda da artıq keçmiş həyat yoldaşım hərbi xidmətə getmişdi. Yəni ailə qurduğumdan iki ay sonra keçmiş həyat yoldaşım hərbi xidmətə yollandı.