Bakının Nəsimi və Binəqədi rayonu ərazilərində müəmmalı hadisə baş verib.
Nəsimi rayonu 20 yanvar küçəsində yerləşən 90-FB-858 dövlət nişanlı “Mercedes” markalı avtomobilin alın şüşəsində güllə izinə bənzər zədə düşüb. Eyni zədə Binəqədi rayonu Adil Məmmədov küçəsində yerləşən “Kia” markalı avtomobilin üzərində də aşkarlanıb. Hadisə yerinə polis əməkdaşları cəlb edilib. Hadisə yerindən nümunələr götürülüb.