Televiziyada yayımlanan ictimai-sosial verilişlərdən birinin canlı efirində gərgin dolu anlar yaşanıb.
Sözügedən verilişdə qonaq olan müğənni Nura Suri aparıcı Ulvira Qarayevaya əsəbiləşdiyi üçün studiyanı tərk edib.
Nuranı bu addımı atmağa vadar edən səbəb isə dəvət olunan qonaqlara danışmağa macal verməməsi olub:
“Bilsəydim ki, burada 8 nəfər adam olacaq və ağız deyəni qulaq eşitməyəcək, heç kim öz fikrini deməyəcək, eyni hamının bildiyi mövzu ətrafında söhbət olacaq, bu verilişə gəlməzdim. İmkan vermirsiniz ki, insanlar danışsın!”